525.Az

Qaxda bıçaqlanma


 

Qaxda bıçaqlanma<b style="color:red"></b>

Qaxda həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə sona çatıb.

525.az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonunun Şotavar kəndi ərazisində kənd sakinləri, 2001-ci il təvəllüdlü Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxs münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

 





24.03.2023    çap et  çap et