525.Az

Qadın boksçumuz dünya üçüncüsü oldu


 

Qadın boksçumuz dünya üçüncüsü oldu<b style="color:red"></b>

Azərbaycanın qadın boksçusu Aynur Rzayeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatını bürünc medalla başa vurub.

525.az xəbər verir ki, 81 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda qazaxıstanlı Lazzat Kunqeybayeva uduzub.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatının final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.

 





24.03.2023    çap et  çap et