525.Az

TQDK abituriyentlərə müraciət edib


 

TQDK abituriyentlərə müraciət edib<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərə müraciət edib.

Komissiyadan Lent.az-a verilən məlumata görə,  I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrinin bu gün axşam saatlarına kimi elan olunması nəzərdə tutulur. Nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-nın səhifəsində veriləcək.
 
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 12-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada baş tutub.

 





15.07.2014    çap et  çap et