525.Az

"Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay"  - Mehriban Zəki qəza haqda


 

"Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay" <b style="color:red"> - Mehriban Zəki qəza haqda</b>

Xalq artisti Mehriban Zəki Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfat etdiyi qəzadan yazıb.

525.az xəbər verir ki, onunla eyni avtomobildə olan aktrisa sosial şəbəkə hesabında bunları qeyd edib:

"İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə "problem yoxdur, keçib gedəcək" deyərdi. İnsanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi. Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi. Bu, sadəcə qəzavü-qədər idi. Mən sağalacağam. Qolum da, qabırğalarım da bitişəcək, üzüm də bərpa olacaq. Dilarə də inşallah, özünü toparlayar. O çox güclü qadındır. Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. Martın 22-si belə yazıldı bizim üçün".

Qeyd edək ki, baş verən qəza nəticəsində Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dünyasını dəyişib. Mehriban Zəki isə hazırda xəstəxanada müalicə olunur. 

 





24.03.2023    çap et  çap et