525.Az

ASCO-nun gəmisi Xəzərin Türkmənistan sektorundakı neft yatağındakı işlərə cəlb olunub


 

ASCO-nun gəmisi Xəzərin Türkmənistan sektorundakı neft yatağındakı işlərə cəlb olunub<b style="color:red"></b>

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Süleyman Vəzirov” borudüzən gəmisi Xəzər dənizinin Türkmənistan sektorunda yerləşən “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub.

525.az-a bu barədə ASCO-dan məlumat verilib.

Gəmi ilə dörd düyümlük qaz boru xəttinin “Lam-B” platformasından “Lam-C” platformasına və "Lam-B" platformasından "Lam-28" platformasınadək çəkilməsi həyata keçiriləcək. Ümumilikdə xəttin uzunluğu 5 kilometrdir.

Borudüzən gəmini təyinat nöqtəsinə Xəzər Dəniz Neft Donanmasının “Lyutoqa” və “Om” yedək gəmiləri çatdırıblar.

 





24.03.2023    çap et  çap et