|
|
|
|
Şəmkirdə zəlzələ olub.
525.az-a bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 4 bal, dərinliyi 9 kilometr olub.
Xatırladaq ki, bu gün 11:09-da İsmayıllıda da zəlzələ qeydə alınıb.