525.Az

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib


 

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib<b style="color:red"></b>

Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib.

525.az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitterdə yazıb.

O qeyd edib ki, praktiki təlimlər BMT-nin nizamnaməsinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edib.

Diplomatın sözlərinə görə, 4 həftəlik Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursu martın 24-də başa çatıb.

 





24.03.2023    çap et  çap et