525.Az

Xankəndi-Laçın yolunda sülhməramlıların 64 avtomobili maneəsiz keçib


 

Xankəndi-Laçın yolunda sülhməramlıların 64 avtomobili maneəsiz keçib<b style="color:red"></b>

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

525.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.  

Belə ki, 1 yük və 1 minik avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib. 

Bundan əlavə isə sülhməramlılara məxsus tibb avtomobili də Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib. 

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 64-ə çatıb.

 





24.03.2023    çap et  çap et