525.Az

“Vətəndaşlar Aİ üzvlüyünə namizəd statusundan ikinci imtinanı başa düşməyəcək"


 

“Vətəndaşlar Aİ üzvlüyünə namizəd statusundan ikinci imtinanı başa düşməyəcək"<b style="color:red"></b>

“Gürcüstan vətəndaşları Avropa İttifaqına (Aİ) namizəd statusunun verilməsindən ardıcıl ikinci imtinanı başa düşməyəcəklər”.

525.az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zarubişvili Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşündə bildirib.

“Prezident Salome Zurabişvili Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə Gürcüstanın Avropaya inteqrasiyası prosesi ilə bağlı məsələləri müzakirə edib. Gürcüstan Prezidentinin Orbeliani sarayında keçirilən görüşdə qeyd etdiyi kimi, Gürcüstan əhalisi Aİ-yə namizəd statusunun verilməsindən ardıcıl ikinci imtinanı başa düşməyəcək və belə çətin vəziyyətdə Avropanın onları çölə atdığını düşünəcək”, - dövlət başçısının Mətbuat Xidmətindən bildirilib. 

A.Berbok isə qeyd edib ki, Gürcüstanı Avropa İttifaqında görmək istədiyinə görə bu ölkəyə səfər edib.

Xatırladaq ki, Almaniya XİN başçısı cümə gününə keçən gecə Tiflisə rəsmi səfərə gəlib. O, artıq gürcüstanlı həmkarı İlya Darçiaşvili və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

 





24.03.2023    çap et  çap et