525.Az

Azərbaycanlı gənc şairin kitabı Belarusda çap olunub


 

Azərbaycanlı gənc şairin kitabı Belarusda çap olunub<b style="color:red"></b>

Belarusun “4/4” nəşriyyatında azərbaycanlı gənc şair Məhəmməd Azəroğlunun şeirlər kitabı çap olunub.
 
525.az xəbər verir ki, Belarus Yazıçılar Birliyinin sədri Ales Karlyukeviçin ön sözü ilə çap olunan kitabdakı şeirləri Azərbaycan və Belarus dillərində oxucuların diqqətinə çatdırılıb.

“Məhəmmədin məktubları” adlı kitabı Belarus dilinə tanınmış Belarus ədibləri Mikol Şaboviç, Tatyana Sivets və Yuliya Aleyçenko tərcümə ediblər.

Kitabda yazıçı Mikol Adamın, şair Yuliya Aleyçenkonun Məhəmməd Azəroğlunun yaradıcılığına həsr etdikləri məqalələr də yer alıb. 

Kitabın rəssamı tanınmış rəssam Nəvai Mətindir.

MEHRİ

 





24.03.2023    çap et  çap et