525.Az

ABŞ səfirliyi Massaçusetsin Texnologiya İnstitutuna qəbul olunan azərbaycanlıları təbrik edib


 

ABŞ səfirliyi Massaçusetsin Texnologiya İnstitutuna qəbul olunan azərbaycanlıları təbrik edib<b style="color:red"></b>

Dəniz Səttarlı və Fidan Qarayevanın Massaçusets Texnologiya İnstitutuna qəbul olmaqlarını alqışlayırıq!

525.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi feysbuk səhifəsində paylaşım edib.

"Zəhmətinizə və əzmkarlığınıza görə sizi təbrik edirik. Güclü cəmiyyətləri dəstəkləmək üçün təhsilə və imkanlara bərabər çıxış vacibdir və Səfirlik qadınlar və kişilər, oğlanlar və qızlar üçün bir sıra təhsil və karyera təşəbbüslərini dəstəkləməkdən qürur duyur.

Təhsil perspektivlərinizi araşdırmaqda maraqlısınız? O zaman, Education USA təhsil üzrə mütəxəssisindən tam ödənişsiz məsləhət ala bilərsiniz", - deyə qeyd olunub.

 





24.03.2023    çap et  çap et