525.Az

Əliyar Ağayev Avro-2024-ün oyununu idarə edib


 

Əliyar Ağayev Avro-2024-ün oyununu idarə edib<b style="color:red"></b>

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avro-2024-ün seçmə mərhələsinin 1-ci turunun Bolqarıstan - Monteneqro matçını idarə edib.

525.az xəbər verir ki, sözügedən görüş qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ə.Ağayev bu oyunda cəmi 1 sarı vərəqə göstərib. 43-cü dəqiqədə Monteneqro millisinin futbolçusu Stefan Saviç sarı vərəqə görüb.

Monteneqro millisində çıxış edən “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç də Bolqarıstana qarşı matçda 90 dəqiqə oynayıb.

Qeyd edək ki, bu görüşdə köməkçi hakimlər Zeynal Zeynalov, Akif Əmirəli, dördüncü hakim Kamal Umudlu olub.

 





25.03.2023    çap et  çap et