525.Az

Azərbaycanın maye qazın ixracından gəlirləri azalıb


 

Azərbaycanın maye qazın ixracından gəlirləri azalıb<b style="color:red"></b>

Bu ilin yanvar ayında Azərbaycan 1 130,5 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 49% azdır.

525.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 54,3 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 95% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67% azdır. Hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 74,7% azdır.

 





25.03.2023    çap et  çap et