525.Az

İrəvandakı bugünkü oyunda türk azarkeşlər olacaqmı?


 

İrəvandakı bugünkü oyunda türk azarkeşlər olacaqmı?<b style="color:red"></b>

Avro-2024-ün seçmə mərhələsində bu gün İrəvanda keçiriləcək Ermənistan - Türkiyə oyununa türk azarkeşlər olmayacaqlar.

525.az Qol.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl Türkiyə Futbol Federasiyası bu barədə qərarı açıqlayıb. Qurum UEFA-nın tələbi ilə türk azarkeşlərin sözügedən görüşə buraxılmayacağını bildirib. Belə bir qərar azarkeşlərin təhlükəsizliyi səbəbindən verilib.

Qeyd edək ki, Ermənistan - Türkiyə oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 





25.03.2023    çap et  çap et