525.Az

Şarl Mişel və Nikol Paşinyan Cənubi Qafqazdakı son durumu müzakirə edib


 

Şarl Mişel və Nikol Paşinyan Cənubi Qafqazdakı son durumu müzakirə edib<b style="color:red"></b>

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

525.az “Report”a istinadən xəbər verir ki, bunu Ş.Mişel tviterdə yazıb.

O, Ermənistanın hökumət başçısı ilə regiondakı son durumu müzakirə etdiyini bildirib.

Aİ Şurasının Prezidenti Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə kömək etməyə hazır olduğunu vurğulayıb.

 





25.03.2023    çap et  çap et