525.Az

Millimiz Bosniya və Herseqovinaya uduzdu


 

Millimiz Bosniya və Herseqovinaya uduzdu<b style="color:red"></b>

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

525.az Qol.az-a istinadən xəbər verir ki, millimiz Bosniya və Herseqovinadakı oyunda meydan sahibi komanda ilə qarşılaşıb. Görüş 2:0 hesabı ilə Bosniya və Herseqovinanın xeyrinə başa çatıb.

Qrupun digər görüşündə isə Montenqro Qazaxıstana 13:0 hesabı ilə qalib gəlib.

Millimiz qrupda sonuncu oyununu martın 28-də Monteneqro komandasına qarşı keçirəcək.

Bosniya və Herseqovina - Azərbaycan - 2:0

Qollar: Rankiç, 39, 45

Xallar: Bosniya və Herseqovina - 6, Monteneqro - 3, Azərbaycan - 3, Qazaxıstan - 0.

 





25.03.2023    çap et  çap et