525.Az
Rusiyada çimərliyə düşən dolu nəticəsində 20 nəfər xəsarət alıb
Bu günlərdə Rusiyada çimərliyə dolu düşüb.
Lent.az-ın məlumatına görə, Sibirdə çay kənarındakı çimərlikdə istirahət edən yüzlərlə insan hava şəraitinin qəfil dəyişməsi və güclü dolu yağmasını görüncə çaş-baş qalıblar. İri dolu dənələri insanları çıxılmaz vəziyyətə salıb və daldalanacaq tapa bilməyən 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
15.07.2014
çap et