525.Az

"Qalatasaray" "Qarabağ"la oyun üçün Bakıya gəlib


 

"Qalatasaray" "Qarabağ"la oyun üçün Bakıya gəlib<b style="color:red"></b>

Xeyriyyə oyununda "Qarabağ"ın qonağı olacaq Türkiyənin "Qalatasaray" klubu Bakıya gəlib.

525.az xəbər verir ki, İstanbul təmsilçisini daşıyan təyyarə təqribən 1 saat əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, martın 26-da keçiriləcək "Qarabağ" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

 





26.03.2023    çap et  çap et