525.Az

Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub


 

Rusiya son sutkada Ukraynanın 8 rayonunu atəşə tutub<b style="color:red"></b>

Rusiya Silahlı Qüvvələrinin hücumları nəticəsində son sutkada Ukraynada 5 mülki şəxs həlak olub, 25 nəfər yaralanıb.

525.az “RBK Ukraina” ya istinadən xəbər verir ki, bu barədə Hərbi Media Mərkəzi Məlumat yayıb.

Ukrayna Müdafiə Nazirliyindən bildirilib ki, son sutkada Rusiya qoşunları Ukraynanın 8 rayonunun ərazisini atəşə tutub. Rusiya minaatan, tank, artilleriya, MLRS, S-300 zenit-raket kompleksləri, Lancet pilotsuz uçan aparatı və taktiki aviasiyadan istifadə edib.

Son 24 saatda ruslar Ukraynanın 132 yaşayış məntəqəsini atəşə tutub. Nəticədə 63 infrastruktur obyektinə zərər dəyib.

 





26.03.2023    çap et  çap et