525.Az

Ukrayna XİN Belarus xalqına müraciət edib


 

Ukrayna XİN Belarus xalqına müraciət edib<b style="color:red"></b>

Ukrayna Xarici İşlər Nazirliyi Belarus xalqına müraciət edib.

525.az xəbər verir ki, bu barədə nazirliyin saytında yazılıb.

Bildirilib ki, Belarus xalqı Rusiyanın bu ölkə ərazisində taktiki nüvə silahları yerləşdirməsinin qarşısını almalıdır: “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin öhdəliklərinə zidd olaraq Rusiyanın Belarusda nüvə silahları yerləşdirməsi Minski Moskvanın girovuna çevirəcək”.

Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyini açıqlayıb.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya Prezidentinin bu qərarını blef hesab edir.

 





26.03.2023    çap et  çap et