Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 16-ya çatıb.
APA-nın xəbərinə görə, bu barədə “İnterfaks”ın səhiyyə strukturlarına istinadən yaydığı məlumatda bildirilir.
Moskva Nəqliyyat Departamentinin rəhbəri Maksim Liksutov terror aktı versiyasını istisna edib.
Faktla bağlı cinayət işi qaldırılıb.
Artıq Rusiya prezidenti Vladimir Putin hadisə ilə bağlı məlumatlandırılıb.
*** 11:21
Moskvada metroda baş vermiş qəza nəticəsində 50 nəfər xəsarət alıb.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, hazırda hadisə yerində olan insanlar ərazidən təxliyə olunur.
Qəzaya səbəb kimi metro qatarının 3 vaqonunun relsdən çıxması göstərilir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəisi Viktor Biryukov bildirib ki, elektrik xətlərində gərkinlik qəflətən kəskin azalıb, nəticədə siqnalizasiya sistemi yanlış olaraq işə düşüb. Bu isə qatarın qəflətən dayanmasına səbəb olub.
çap et