https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzub - YENİLƏNİB-6

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzub - YENİLƏNİB-6

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında xeyriyyə oyunu keçirilib. 

525.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Görüşdə hesabı qonaqlar açıblar. 4-cü dəqiqədə Bafetimbi Qomis fərqlənib. 18-ci dəqiqədə "köhlən atlar"ın heyətində Redon Cica bərabərlik qolunu vurub. Son nöqtəni isə 87-ci dəqiqədə qonaqların hücumçusu Mauro İkardi qoyub. Argentinalı forvard penaltini dəqiq yerinə yetirib.

Matçı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən xeyriyyə oyununda növbəti qol vurulub. 

"525.az"ın məlumatına görə, 87-ci dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Mauro İkardi penaltini dəqiq yerinə yetirib. 

Qonaqlar hazırda 2:1 hesabə ilə öndədirlər.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda ikinci hissə başlayıb.

525.az xəbər verir ki, tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1. 

4-cü dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis hesabı açıb. 

19-cu dəqiqədə Redon Cica tarazlığı bərpa edib.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda  ilk hissə başa çatıb. 

525.az xəbər verir ki, tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1. 

4-cü dəqiqədə İstanbul təmsilçisinin hücumçusu Bafetimbi Qomis hesabı açıb. 

19-cu dəqiqədə Redon Cica tarazlığı bərpa edib.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda  növbəti qol vurulub. 

525.az xəbər verir ki, "Qarabağ"ın heyətində Redon Cica 19-cu dəqiqədə tarazlığı bərpa edib - 1:1.

***

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında keçirilən yoldaşlıq oyununda hesab açılıb. 

525.az xəbər verir ki, 4-cü dəqiqədə İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib.

***

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti oyununu keçirəcək.

525.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri milli komandaların görüşləri ilə bağlı fasilə dövründə yoldaşlıq matçında qüvvəsini sınayacaq.

Ağdam klubu Türkiyə təmsilçisi “Qalatasaray”la görüşəcək. Bakı Olimpiya Stadionundakı qarşılaşma qardaş ölkədəki zəlzələdən zərər çəkənlərə yardın xarakteri daşıyır. Xeyriyyə oyununda hər iki komandanın millilərdəki üzvləri iştirak edə bilməyəcək. Bu üzdən “Qarabağ”ın heyətində digər klubların üzvləri də meydana çıxacaq.

Qeyd edək ki, “Qarabağ” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.

Yoldaşlıq oyunu
26 mart
20:00. “Qarabağ” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə)
Baş hakim:
Əliyar Ağayev

"Qarabağ": 89. Amin Ramazanov, 5 Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Qerye, 6. Juliu Romau, 2. Qara Qarayev, 15. Leandru Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zübeyr, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

"Qalatasaray": 34. Okan Koçuk, 2. Leo Dübua, 4. Matias Yensen, 13. Əmrə Taşdəmir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Dəmir

Baş məşqçi: Okan Buruk

Bakı Olimpiya Stadionu

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.