525.Az

Arif Buzovnalı ilə bağlı musiqili ədəbi tədbir keçirilib


 

Arif Buzovnalı ilə bağlı musiqili ədəbi tədbir keçirilib<b style="color:red"></b>

Martın 25-də Mərdəkan Mədniyyət Sarayında şair, qəzəlxan, tədqiqatçı, şeirşünas, Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Buzovnalı ilə bağlı musiqili ədəbi tədbir təşkil edilib. 

525.az xəbər verir ki, qəzəlləri ilə qonaqları salamlayan şair, bu tədbiri keçirməkdə məqsədin dinləyicilərə qəzəl dolu bir axşam yaşatmaq olduğunu bildirib. Tədbirdə iştirak edən xalq artisti Gülyaz Məmmədova, xanəndələr Hüseyn Məlikov, Məmməd Nəcəfov, Xətai Hacıyev, Vüqar Əbilov və Elvin Rəcəbli şairin şeirlərinə bəstələnmiş musiqiləri səsləndiriblər. İfaçılar əruz vəzninin müxtəlif bəhrlərində şeir nümunələri yaradan şairin yaradıcılığını yüksək qiymətləndiriblər. 

Musiqinin müşayiəti ilə davam edən ədəbi-bədii gecədə şairin “Vadi“ və “Qəzəllər” adlı iki kitabının təqdimatı da keçirilib. Kitablarda şairin təkcə klassik deyil, müxtəlif janrda yazdığı şeirləri yer alıb. 

A.Buzovnalı tədbir boyu yeni şeirlərini səsləndirib, şeirlərinin yazılma tarixindən söhbət açıb, bəzi məqamları görüşə gələnlərlə bölüşüb.
Sonda şair tədbir təşkilatçılarına və qonaqlara öz təşəkkürünü bildirib.

 





26.03.2023    çap et  çap et