Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuran 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.
525.az "Report"a istinadən xəbər verir ki, Sloveniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan kollektiv 2:0 hesablı qələbə qazanıb.
Millinin heyətində 27-ci dəqiqədə Samir Abdullayev və 90-cı dəqiqədə Murad Vəliyev fərqlənib.