525.Az

"Dedi,ata, bilmək olmaz, bəlkə mən sənin çiynində getdim..."


 

"Dedi,ata, bilmək olmaz, bəlkə mən sənin çiynində getdim..."<b style="color:red"></b>

Bu gün haqqında söz açacağım qəhrəmanımız Vətən müharibəsi şəhidi Bəşir Nizami oğlu Abbasovdur.     

Bəşir Abbasov  1998-ci ilin 22 iyulunda Quba rayonunda anadan olub. Quba şəhəri Hacıbaba Əliyev adına 1 saylı orta məktəbinə gedib. 2005-2016ci illərdə orta məktəbə gedib. O müddətdən artıq xidmət etdiyi dövrüdə Ağcabədi Rayonu "N" saylı hərbi hissədə hava hücümundan müdafiyə hissəsində xidmət edib. O, hərbi qulluğu 2018ci ildə bitib. 2019 cu ildə Quba rayonu "N" aylı hərbi hissəsində XTQ-də xidmət edib. Sonra isə Qusar rayonundakı hərbi hissədə XTQ kimi hərbi xidmətini davam etdirib. 

Şəhidin anası Abbasova Elnurə xanım deyir ki, ailədə iki övladımız var. Bir qız, bir oğul: 

"Böyük övladımız Gülnar və sonbeşiyimiz Bəşir. Oğlum aikido və güləşlə məşğul olub. Rayon üzrə iki dəfə yeniyetmlər arasında yarışda qalib olmuşdu. 

Mənim qardaşım hərbçi idi. Öz formalarından ona hərbiçi forması tikdirib gətirərdi. Bəşir də geyinib deyərdi, mən komutanam. Mənim xarici pasportumu qoyurdu cibinə ki, bu da mənim sənədim. O vaxt Türkiyədə bir serial gedirdi adı “Şəfqət təpəsi”, oradakı komutana oxşadardı özünü. 2020-ci il idi. Balam şəhid olmamışdan qabaq sual etdim ki, atam, mənim sənədimi neyləmişdin, sonradan nə qədər axtardıq tapa bilmədik? Dedi, itmişdi. Artıq heç nə demədi, bir kəlmə vəssalam. O, çox danışmağı, uzun uzadı nəyisə izah etməyi sevməzdi".

Şəhidin Atası Abbasov Nizami bəy deyir ki, mənim uşağım anadan gəlmə vətənpərvər doğulmuşdu. Bu uşağın xarakterində, danışığında bir böyük Vətən vardı: 

"Bu uşaqda hər şey vardı. Vətən eşqi, bayraq eşqi, hər şeyin yerini bilən idi. Danışanda qəlbə dəyməyən, incitməyən, hamıya qayğı və hörmətlə yanaşardı. Çox qeyri-adi övlad idi. Hələ 5-ci sinifdə oxuyurdu, dedim ay Bəşir, ay oğul böyüyəndə nə olacaqsan? Deyirdi,ata, mən hərbçi olacağam. Körpəlikdən özü üçün əsgər, müharibə səhnələri qurardı, özünü komandir kimi aparardı. Dedim, oğul, oxu prokuror ol, yaxşı oxuyurdu. Dedi, ata, mən hərbçi olacağam, bu kişi sənətidir!

O, C.Naxçıvanski adına hərbi liseyə getmək istəyirdi. Həmişə anasına deyirdi ki, ana, mən ad qoyacağam. Onun ən böyük arzusu idi. O deyirdi ki, məni bu yolumdan bir Allah döndərə bilər.

Allah şəhidlərmizə rəhmət eləsin, qazilərmizə cansağlığı versin! Dedik, getmə qabağa, dedik sən tək uşaqsan, birdən nəsə olar, biz də yazığıq. Dedim, ay oğul, bəs biz necə olacayıq? Dedi ata, bilmək olmaz, ola bilər mən sənin çiynində getdim... O, çox mərd oğul idi, mən oğlumla fəxr edirəm!

Bəşirin adına Quba Pedaqoji Universitetində adına auditoriya, orta məktəblərdə sinif otaqları, yaşadığımız binanın yanında isə baralyefi var".
Şəhid Bəşir Nizami oğlu Abbasov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İgidimiz oktyabrın 5-də Füzulinin Alxanlı kəndində gedən döyüşlərdə həlak olub. 

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Bəşir Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Bəşir Abbasov 8 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Bəşir Nizami oğlu Abbasov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, "Füzulinin azad olunmasına görə" və “Vətən uğurunda” medalları ilə təltif olunub.

Ruhun şad olsun, şəhid qardaşım!


 

 





18.03.2023    çap et  çap et