525.Az

"Qarabağ" və "Qalatasaray" arasında daha bir yoldaşlıq oyunu olacaq


 

"Qarabağ" və "Qalatasaray" arasında daha bir yoldaşlıq oyunu olacaq<b style="color:red"></b>

Türkiyənin "Qalatasaray" futbol klubu ilə "Qarabağ" arasında daha bir yoldaşlıq oyunu olacaq.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə "sarı-qırmızılılar"ın prezidenti Dursun Özbek açıqlama verib.

Funksioner növbəti qarşılaşmanın İstanbulda keçiriləcəyini bildirib: "Onları Türkiyədə də dostluq oyunu keçirmək üçün dəvət etdim".

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı "Qarabağ" - "Qalatasaray" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 





26.03.2023    çap et  çap et