525.Az

Bayden ABŞ-nin Suriyadakı mövcudluğunu saxlayacaq


 

Bayden ABŞ-nin Suriyadakı mövcudluğunu saxlayacaq<b style="color:red"></b>

ABŞ Prezidenti Cozef Bayden amerikalı hərbçilərin Suriyada mövcudluğunu saxlamağı planlaşdırır.

525.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.

“Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada bu qruplaşmaya qarşı vuruşan 1 000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ də diridir”, - Kirbi CBS telekanalında deyib.

Bayden bu missiyanı yaşatmağa “tamamilə tərəfdarı” olduğunu vurğulayıb.

“Biz həmişə ordumuzu və obyektlərimizi qoruyacağıq”, - o əlavə edib.

 





26.03.2023    çap et  çap et