525.Az

Türkiyə Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyəcək


 

Türkiyə Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyəcək<b style="color:red"></b>

Danışıqlar üçün zəmin yaranarsa, Ankara Çinin Ukraynadakı vəziyyəti həll etmək üçün sülh planını dəstəkləyəcək.

525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi İbrahim Kalın deyib.  

Kalın, Çin lideri Si Cinpinin də Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacağını və bu zaman aktual məsələləri müzakirə edəcəyini deyib. 

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidentinin köməkçisi digər ölkələri Ukraynada nizamlanma üçün Çinin sülh planına diqqət yetirməyə çağırıb.

Havar Şəfiyeva

 





27.03.2023    çap et  çap et