525.Az
Hərbçilərimiz Bolqarıstanda keçiriləcək təlimdə iştirak edəcəklər
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq təlimdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a bildiriblər ki, iyulun 16-dan 29-dək Novo Selo şəhərində (Bolqarıstan) "Platinum Lion" təlimi keçiriləcək.
Təlimdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.
15.07.2014
çap et