525.Az

Ürək sağlamlığı üçün ən faydalı qida


 

Ürək sağlamlığı üçün ən faydalı qida<b style="color:red"></b>

Ürək sağlamlığı üçün ən faydalı qida qozdur.

525.az "Lent.ru"ya istinadən xəbər verir ki, bu barədə Harvard İctimai Səhiyyə Məktəbinin tibb elmləri doktoru Marta Quache Ferre məlumat verib. 

Mütəxəssisin sözlərinə görə, digər qidalardan fərqli olaraq bu məhsulun tərkibində daha çox alfa-linolenik turşu var. Onun sözlərinə görə müxtəlif tədqiqatlar qozun fayda verməklə yanaşı, ürək xəstəliklərindən qoruya biləcəyini də ortaya qoyub.

Bundan əlavə, mütəxəssis məhsulun antioksidan və antiinflamatuar xüsusiyyətlərini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Yunanıstanın Arokopio Universitetinin alimləri D vitamini ilə zəngin qidaların qəbulunun ürəyə qoruyucu təsir göstərə biləcəyini göstərmişdilər. Tədqiqat  Yunanıstanın Böyük Afina bölgəsindən olan 1514 kişi və 1528 qadınla aparılıb. Yuxarı və  orta yaş qruplarına bu məhsulu qəbul etdikdə ürək-damar xəstəliklərin öncəki dövrlərə nisbətən azaldığını müşahidə olunub.

Havar Şəfiyeva

 





27.03.2023    çap et  çap et