ABŞ-nin cənub ştatlarında baş verən təsirli tornadolar nəticəsində Missisipidə 25, Alabamada isə 1 nəfər həlak olub.
525.az xəbər verir ki, Missisipi Fövqəladə Hallar Agentliyi, bir gündə baş verən 10-dan çox tornadonun şəhərləri məhv etdiyini və ştatda ölənlərin sayının 25-ə çatdığını açıqlayıb. Agentliyin saytında yer alan elanda: "Missisipi 24 mart 2023-cü il gecəsi ştatı bürümüş dağıdıcı və ölümcül qasırğalarla mübarizəni davam etdirir. Hazırda ölənlərin sayı 25-ə çatıb və onlarla insan yaralanıb", - deyə bildirilib. Tornadoların təsirli olduğu bir digər ştat Alabamada Morgan County Fövqəladə Hallar İdarəsindən isə 1 nəfərin öldüyü barədə açıqlama verilib.
Qeyd edək ki, Missisipidə tornadoların ən çox dağıntılara səbəb olduğu Rollinq Fork qəsəbəsindəki görüntülər təbii fəlakətin şiddətini ortaya qoyub.
Məhəmməd Tağıyev