525.Az

Honduras Tayvanla diplomatik əlaqələri kəsib


 

Honduras Tayvanla diplomatik əlaqələri kəsib<b style="color:red"></b>

Çinlə suverenlik münaqişəsində olan Tayvanı tanıyan azsaylı ölkələrdən biri olan Mərkəzi Amerika ölkəsi Honduras Tayvanla diplomatik əlaqələri kəsdiyini açıqlayıb.

525.az xəbər verir ki, Honduras Xarici İşlər Nazirliyindən verilən açıqlamada ölkənin Tayvanı deyil, Çin Xalq Respublikasını (ÇXR) Çinin nümayəndəsi kimi tanıdığı bildirilib. Açıqlamada: "Honduras Respublikası hökuməti dünyada yalnız bir Çinin olduğunu və Çin Xalq Respublikasının bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu qəbul edir", - deyilib. Tayvanın Çin ərazisinin ayrılmaz hissəsi olduğunu vurğulayan Honduras hökuməti Tayvanla diplomatik əlaqələri kəsib və heç bir rəsmi əlaqə yaratmayacağına söz verib.

Qeyd edək ki, Honduras münasibətləri kəsdiyi üçün Tayvanı diplomatik yolla tanımağa davam edən Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin sayı 12-yə düşüb.

Məhəmməd Tağıyev

 





27.03.2023    çap et  çap et