525.Az

"Zərif Kölgələr" antalogiya kitabın lll sayının təqdimatı olub


 

"Zərif Kölgələr" antalogiya kitabın lll sayının təqdimatı olub<b style="color:red"></b>

Martın 24-ündə, Çinar Kitab evində Müasir Azərbaycan Xanım Yazarların Şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi "Zərif kölgələr" adlı antologiyasının III sayının təqdimatı baş tutdu.

Təqdimatda ilk öncə şəhidlərimizin ruhu sükut ilə anıldı. Layihə rəhbərləri olan Gülnarə Sadiq və Aysel Nəsirzadənin aparıcılığı ilə vətənə olan sevgidən mövzuya giriş verildi. Vətən sevgisində qadın gücünün, qadın yaradıcılığının özünə məxsusluğundan bəhs edildi. Ön cəbhədə döyüşən ordumuzla yanaşı arxa cəbhədə döyüşən anaların duasından, əməyindən, zəhmətindən söz açıldı. Eyni zamanda şəhid ailələri də yad edildi və hər bir iştirakçı öz ürək sözləri ilə birgə vətənpərvər ruhunda yazdığı şeiri səsləndirdi. Hər bir xanım yazar vətənə olan sevgisini xüsusi duyğuları ilə ifadə edirdi. "Şəhid hər birimizin şəhididir! Bir şəhid min evdən, min şəhid bir evdən çıxar." kimi ifadələr səslənirdi. Layihədə iştirak edib gələ bilməyən xanım yazarların da şeirləri öz həmkarları tərəfindən səsləndirilərək yerləri anıldı. Öz həssas axıcılığı ilə yekunlaşmaq bilməyən məclis vaxt məhdudluğu ilə bitsə də, "Zərif Kölgələr"in yaradıcılıq fəaliyyəti hələ də davam etməkdədir.

Qeyd edim ki, "Zərif Kölgələr" layihəsi rəhbərləri sözündə və əməlində vətəninə sadiq olan, dəyərli yazarlarımız Gülnarə Sadiq və Aysel Nəsirzadənin təşəbbüsü ilə ərsəyə gəlmişdir.

Kitabın bütün maliyyəsini öz üzərinə götürən dəyərli xanım, əziz dost, NLP master, fərdi inkişaf təlimçisi, ailə psixoloqu Həmidə xanım Yaqubovadır.

Layihədə iştirak edənlər:
Aysel Nəsirzadə
Gülnarə Sadiq 
Arzu Göytürk 
Aygül Özüvətən
Aynurə İnci
Aysel Xanlarqızı
Bahar Cavadova
Cəmilə Təvəkkülqızı
Əfsanə Rəvan
Əsmər Hüseyn Xan
Əzizə Həsənova
İlahə Heydərli
Gülər Natiq İsaq
Gülnar Səma
Gültəkin Ramiz
Gülsadə
Günay Ələkbərzadə
Günəş Məmmədli
Lalə Sadıqova
Məlahət Kərimqızı
Mələk Yazar
Mətanət Duyğulu
Nazlı Hacılı
Nazilə Rahibqızı
Nailə Şamilqızı
Muşfiqə Baladdinqızı
Mirvari Coşqun
Minayə Abdullayeva
Nəcibə İlkin
Nəzakət Cavadova
Pərvanə Bayramqızı
Qərənfil Arifqızı
Səadət Qərib
Şəlalə Şəfəq
Sevil Gül Nur
Turanə Şamaxlı
Ülviyyə İbrahimova
Vüsalə Vətənxan Mehri
Xalidə Abdullayeva
Xalidə Hicran Seyidova
Xatirə Həsrət
Xatirə Səfərova
Havar Şəfiyeva
Xəyalə Sevil 
Xəzangül
Yeganə
Zemfira Salmanova
Zeynəb Ədalət qızı
Zülfiyyə Yaqub.

 





27.03.2023    çap et  çap et