525.Az

ABŞ-nin vitse-prezidenti Harris Afrika səfərinə başlayıb


 

ABŞ-nin vitse-prezidenti Harris Afrika səfərinə başlayıb<b style="color:red"></b>

ABŞ-nin vitse-prezidenti Kamala Harris Afrika turnesinin ilk dayanacağı Qanaya çatıb.

525.az xəbər verir ki, Qananın paytaxtı Akkra şəhərindəki Kotoka Beynəlxalq Hava Limanına gələn Harrisi yüksək vəzifəli şəxslər, həmçinin Qananın vitse-prezidenti Mahamudu Bavumia və xarici işlər naziri Şirli Ayorkor Boçvey qarşılayıblar.

Harris hava limanında etdiyi çıxışında ABŞ xalqı ilə Afrika qitəsində yaşayanlar arasında uzun və davamlı, eyni zamanda çox əhəmiyyətli əlaqələrin və dostluğun növbəti ifadəsi olaraq bu səfəri səbirsizliklə gözlədiklərini bildirib. Afrikanın gələcəyinin ABŞ də daxil olmaqla dünyanın qalan hissəsinə təsirindən çox həyəcanlı olduğunu deyən Harris: "Mən bu qitədə baş verənlərə baxanda təkcə buranın insanları üçün deyil, bütün dünya xalqları üçün böyük fürsət görürəm", - deyib.

Qeyd edək ki, Harris bu səfərdə xüsusilə qitədə investisiyaların artırılmasını, iqtisadi artıma və imkanların asanlaşdırılmasına yönəlmiş araşdırmalar aparmaq istədiyini vurğulayıb.

Məhəmməd Tağıyev

 





27.03.2023    çap et  çap et