525.Az

"İşdən çıxanda yoldaşlarına demişdi ki, otağımdan şəklimi asarsınız" 


 

"İşdən çıxanda yoldaşlarına demişdi ki, otağımdan şəklimi asarsınız" <b style="color:red"></b>

Bu gün əziz xatirəsini yad edəcəyim növbəti Vətən müharibəsi şəhidi Ülvi Vüqar oğlu Məmmədovdur.

Ülvi Məmmədov 1997-ci il iyulun 29-də Quba rayonunun Alekseyevka kəndində anadan olub. O, 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 

Şəhidin anası Məmmədova Ülkər xanım deyir ki, ailədə iki oğul övladımız var: "Böyük oğlumuz şəhid balam Ülvi və içik oğlum Fərid. 
Oğlum Bakıda marketdə işləyirdi, daha sonra əsgər çağırdılar. İşdən çıxanda da uşaqlara demişdi ki, işdəki otağımdan şəklimi asarsınız. Çox yaxşı uşaq idi. Qohumlar, qonşular, onu tanıyan hər kəs onu ən xoş arzularla xatırlayır. ( Red: ağlayır)

Balam Füzulinin Cəbrayıl- Xocavənd -Hadrud istiqamətlərində qəhrəmancasına döyüşüb. Bir zamanlar yaşadığı küçəni Ülvünün adına veriblər, həmçinin adına abidə bulaq kompleksi tikilib".

Şəhidin atası Məmmədov Vüqar bəy deyir ki, balamla hər dəfə danışarkən bomba, atışma səsləri gəlirdi: 

"Ancaq deyirdi ki, narahat olmayın, burada hər şey yaxşıdır.  Birinci öz qohumumuz gəldi dedi ki, Ülvi ağır yaralanıb. Daha sonra dedi ki, şəhid olub balamız. Camaat yığıldı, töküldü qapıya. Axşam gətirdilər, çıxdım gördüm uşağımı. Baxdım başından güllə yarası alıbmış. Baxıram bədəni sağ -salamat, tərtəmiz kəfənə bağlamışdılar. Dedilər açma, qan açılar. Gördüm ki başından vurublar…(Red: qəhərdən danışa bilmədi)

Allah şəhidlərimizə rəhmət eləsin! Övlad itirmək dərdlərin ən ağrılısıdır, adamın dünya ilə əlaqəsi kəsilir, çox sözü dilinə gətirmir, danışmır, çox çətindir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, şəhid valideynlərinə səbr versin, amin!

Azərbaycan Ordusunun əsgəri olan Ülvi Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvü Məmmədov oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  Sərəncamlarına əsasən,  Ülvi Vüqar oğlu Məmmədov "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" ,"Xocavəndin azad olunmasına görə" və  , "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhun şad olsun, şəhid qardaşım!

 





25.03.2023    çap et  çap et