525.Az

52 yaşlı qadını avtomobil vurub


 

52 yaşlı qadını avtomobil vurub<b style="color:red"></b>

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

525.az "Report"a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1971-ci il təvəllüdlü Rzayeva Vüsalə Fərəc qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

 





27.03.2023    çap et  çap et