525.Az

Baş Prokurorluq Zaqatalada konfrans təşkil edəcək


 

Baş Prokurorluq Zaqatalada konfrans təşkil edəcək<b style="color:red"></b>

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aprelin 4-də Zaqatalada qurumun mərkəzi aparatı və ətraf region prokurorluqlarının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə geniş konfrans təşkil ediləcək.

525.az xəbər verir ki, yüksək səviyyəli konfransda regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba və Bərdə şəhərlərində də regional konfranslar təşkil olunub.

 





27.03.2023    çap et  çap et