525.Az

Avropada təbii qazın qiyməti 470 dollara yaxınlaşıb


 

Avropada təbii qazın qiyməti 470 dollara yaxınlaşıb<b style="color:red"></b>

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 470 ABŞ dollarına yaxınlaşıb.

525.az “APA-Economics”ə istinadən xəbər verir ki, 27 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 467,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (456,8 dollar) ilə müqayisədə 52,3% çoxdur..

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

 

 





27.03.2023    çap et  çap et