525.Az

Etimad və sədaqət


 

Etimad və sədaqət<b style="color:red"></b>

15 iyul fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ad günüdür. Bu münasibətlə Milli Məclisin sabiq deputatı Səmayə Piriyeva nazir Kəmaləddin Heydərova təbrik məktubu göndərib. Məktubun mətnini təqdim edirik                  

Əzizimiz, Kəmaləddin müəllim!

Sizi bu işıqlı dünyaya gəlişiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

Siz şanlı-şöhrətli Naxçıvanımızda çox halal zəhmətsevər bir ailədə - Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri hörmətli Fəttah Heydərovun ailəsində dünyaya göz açmısınız.

Naxçıvanın sosial-mədəni quruculuğunun inkişafında Fəttah müəllimin məxsusi əməyi yeri var. Muxtar Respublikanın mədəniyyət naziri kimi onun yaradıcı, çoxsahəli fəaliyyəti həmişə layiqincə qiymətləndirilmiş bu fəaliyyət unudulmaz Heydər Əliyevin diqqətini cəlb etmişdi. Unudulmaz Öndərimizin siyasi xəttinin həyata keçirilməsində atanızın hünəri cəsarəti danılmazdır. Xüsusilə ölkəmizin müstəqilliyə qovuşduğu bir dövrdə Ulu Öndərin Vətənimizin inkişafı, qüdrətlənməsi naminə apardığı məqsədyönlü, ardıcıl mübarizənin ən fəal iştirakçılarından biri məhz Fəttah Heydərov olmuşdur. Sizin prinsipial, qətiyyətli, bacarıqlı bir şəxsiyyət dövlətçiliyimizə sədaqətlə xidmət edən bir Vətən oğlu kimi formalaşmanızda şübhəsiz ki, Fəttah müəllimin böyük əməyi var.  Elə bu yerdə qədim yunan filosofu Pifaqorun bir müdrik kəlamı yadıma düşdü: "Ailəsini sevməyən, millətinə xidmət etməyən adama vəzifə vermək olmaz".

Böyük Heydər Əliyev sizi cəsarətlə irəli çəkərək gömrük orqanlarına başçı təyin etdi siz Ulu rəhbərin etimadını şərəflə doğrulda bildiniz.

Möhtərəm Prezidentimiz İlham Əliyev sizə daha məsul bir vəzifə tapşırdı. Həm , bu elə bir sahə idi ki, ilk dəfə yaradılırdı, heç bir maddi-texniki bazası, strukturu, kadr potensialı mövcud deyildi. Siz cəsarətlə, həvəslə, böyük yaradıcılıq eşqi ilə işə başladınız, tezliklə respublikamızda Fövqəladə Hallar Nazirliyi kimi möhtəşəm bir struktur yarada bildiniz bu nazirlik dövlət quruculuğumuzda özünün layiqli yerini tuta bildi.

Siz həm mükəmməl, ciddi dövlətçilik naminə çalışan bir ailənin başçısısınız.

Ad gününüzdə sizə yeni-yeni uğurlar diləyirəm arzu edirəm ki, o gün olsun, möhtərəm Prezidentimiz işğaldan azad etdiyimiz Qarabağ torpaqlarında fəaliyyət göstərmək üçün sizə yeni-yeni tapşırıqlar versin. Amin!

Ad gününüz bir daha mübarək olsun! 

Hörmətlə,
Səmayə Piriyeva
,
Milli Məclisin sabiq deputatı

 





15.07.2014    çap et  çap et