525.Az

BVF Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib


 

BVF Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib<b style="color:red"></b>

Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib.

525.az "APA-Economics"ə istinadən xəbər verir ki, Fond bu il Azərbaycanda real ümumdaxili məhsulun artımını 2,5% proqnozlaşdırıb.

Beynəlxalq Valyuta Fondu həmçinin, bu il üzrə Azərbaycanda inflyasiyanın 10,8% civarında gözlənildiyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl BVF Azərbaycanın yerləşdiyi Orta Şərq və Mərkəzi Asiya regionunun iqtisadi artım proqnozunu 5,3%-dən 3,2%-ə kimi endirdiyini bildirmişdi.

 





27.03.2023    çap et  çap et