525.Az

Şəhriyar Məmmədyarov Özbəkistanda yarışacaq


 

Şəhriyar Məmmədyarov Özbəkistanda yarışacaq<b style="color:red"></b>


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Özbəkistanda keçiriləcək rapid üzrə beynəlxalq turnirdə iştirak edəcək.

525.az xəbər verir ki, 38 yaşlı qrossmeyster bu gün sözügedən ölkəyə yollanıb.

Yarışda Məmmədyarovla yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattarov və Rüstəm Kasımjanov (hər ikisi Özbəkistan) kimi tanınmış şahmatçılar iştirak edəcəklər.

Turnirin baş hakimi Azərbaycan Şahmat Federasiyasının Birinci vitse-prezidenti Faiq Həsənov olacaq.

Qeyd edək ki, üç gün davam edəcək yarışın mükafat fondu 50 min ABŞ dollarıdır.

 





27.03.2023    çap et  çap et