525.Az

ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb


 

ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Ofisi məlumat yayıb.

ÜST Azərbaycanla yanaşı, Tacikistan da “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb.

Bildirilib ki, bu nailiyyət səhiyyə işçilərinin davamlı fədakarlığı, eləcə də malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi ilə mümkün olub.

 





27.03.2023    çap et  çap et