525.Az

Səlim Müslümov BP şirkətinin regional prezidenti ilə görüşüb


 

Səlim Müslümov BP şirkətinin regional prezidenti ilə görüşüb<b style="color:red"></b>

Dünən Azərbaycan Respublikasının  əmək əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BP şirkətinin Azərbaycan, Gürcüstan Türkiyə üzrə regional prezidenti Qordon Birrelli qəbul edib.

Bu barədə 525.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olaraq ölkəmizin davamlı sosial-iqtisadi inkişaf dinamikasına malik olduğunu konkret göstəricilər əsasında diqqətə çatdırıb: "Bu inkişaf dinamikası cari ilin ilk yarımilində uğurla davam edib, bu müddətdə ümumi daxili məhsul 2,1 faiz artıb. Qeyri-neft sektorunda real artım tempi 7 faiz təşkil edib artıq ümumi daxili məhsulda bu sektorun payı 56,3 faizə çatıb. Fəal investisiya siyasətinin daha bir nəticəsi olaraq, son 6 ayda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 3,4 faiz artaraq, 7,6 milyard manat olub".

BP şirkətinin Azərbaycan iqtisadiyyatındakı roluna toxunan S.Müslümov bu gün xeyli sayda insanın çalışdığı şirkətdə yerli mütəxəssislərin sayının getdikcə artmasının müsbət faktor olduğunu qeyd edib. Nazir bildirib ki, BP ilə ƏƏSMN arasında  işsiz işaxtaran vətəndaşların sosial müdafiəsi, onların məşğulluğunun təminatı, əmək miqrasiyası, peşə kvalifikasiya standartlarının hazırlanması s. məsələlərin müzakirəsi məqsədilə bir sıra görüşlər keçirilib: "Hesab edirəm ki, bizim əməkdaşlığımız işçi qüvvəsinə, o cümlədən əcnəbi işçi qüvvəsinə olan tələb təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, peşə ixtisas standartlarının hazırlanması, neft sektorunun inkişafı ilə əlaqədar gələcəkdə tələbatın artacağı peşə ixtisaslar üzrə proqnozların hazırlanması sahələrini əhatə edə bilər". S.Müslümov həmçinin əməyin mühafizəsi, işsiz işaxtaran vətəndaşların peşə  hazırlığı, yenidən hazırlığı ixtisasının artırılması işinin təşkili məşğulluqlarının təminatı, əlilliyi olan şəxslərin, gənclərin, əhalinin sosial cəhətdən həssas olan digər qruplarının məşğulluğuna kömək göstərilməsi s. sahələrin gələcək əməkdaşlıq üçün xüsusi önəm kəsb etdiyini bildirib: "ƏƏSMN, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti BP şirkəti qeyd olunan sahələrdə əməkdaşlığa dair Tədbirlər Planı hazırlamaqdadır artıq bununla bağlı təkliflər nəzərdən keçirilir".

Q.Birrell şirkətdə işçilərin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, peşəkarlıq səviyyələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması yönündə görülən işlərdən bəhs edib. Səslənən təklifləri müsbət qarşıladığını vurğulayan Q.Birrell təmsil etdiyi şirkətin qeyd olunan sahələrdə ƏƏSMN ilə əməkdaşlıq əlaqələrini gücləndirmək iradəsinə malik olduğunu diqqətə çatdırıb. Görüşdə BP şirkətinin regionda həyata keçirdiyi layihə əməliyyatlardan söz açılıb, işçi qüvvəsinə, o cümlədən əcnəbi işçi qüvvəsinə olan tələb təklif üzrə operativ məlumat mübadiləsinin aparılması, işçilərin əmək hüquqlarının qorunması, o cümlədən əməyin mühafizəsi, işçi qüvvəsinin əmək potensialının keyfiyyətcə yüksəldilməsi, peşə ixtisas standartlarının hazırlanması,  boş yerləri  (vakansiyalar) barədə məlumatların ƏƏSMN- təqdim olunması s. məsələlərə dair fikir mübadiləsi aparılıb.

SAMİRƏ

 





15.07.2014    çap et  çap et