525.Az

"Qiyabi təhsil həm də  "dual təhsilin" əsası ola bilər" - Ədalət Muradov


 

"Qiyabi təhsil həm də  "dual təhsilin" əsası ola bilər" - <b style="color:red">Ədalət Muradov</b>

"Əyani təhsil formasında oxuyan tələbələr hər semestrdə 40 kredit (30 kredit + əlavə 10 kredit) toplamaq hüququna malikdir. Qiyabidə oxuyan tələbələr isə hər semestrdə ancaq 24 kredit toplaya bilər və əlavə kredit toplamaq hüququna malik deyillər".

525.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Rektor bildirib ki, qiyabiçi tələbələrə də əlavə kredit toplamaq imkanının yaradılması doğru olardı. Bütövlükdə, təkmilləşdirməklə nəzəriyyə və praktikanın vəhdətinin təmin efilməsi baxımından qiyabi təhsil formasının faydalı ola biləcəyini düşünürük. Qiyabi təhsil həm də  "dual təhsilin" əsası ola bilər.

Sevinc Qarayeva 

 





27.03.2023    çap et  çap et