525.Az

Bərdədə yeni incəsənət məktəbi inşa olunub


 

Bərdədə yeni incəsənət məktəbi inşa olunub<b style="color:red"></b>

Bülbül adına Bərdə şəhər 1 saylı uşaq incəsənət məktəbi görkəmli müğənni, SSRİ Xalq artisti, professor  Bülbül Məmmədovun təşəbbüsü ilə 1961-ci ildə yaradılıb. Cəmi iki ixtisasla fəaliyyətə başlayan adıçəkilən musiqi təhsili ocağı ötən illər ərzində böyük inkişaf yolu keçərək respublikanın qabaqcıl mədəniyyət müəssələrindən birinə çevrilib.

Hazırda  540 nəfər şagird burada fəaliyyət göstərən 3 şöbədə 10 ixtisas üzrə təhsil alır. Onlarla kifayət qədər təcrübəli işinin öhdəsindən layiqincə gələn 182 nəfərdən ibarət müəllim kollektivi məşğul olur. Bu haqda əməkdaşımıza məlumat verən məktəbin yeni təyin olunmuş  direktoru Elnur Cəfərovun sözlərinə görə, müəssisədə uşaq yeniyetmələrin ənənəvi ixtisaslarla yanaşı, saz, skripka rəssamlıq ixtisaslarına yiyələnmələri üçün imkan yaradılıb.

Təsadüfi deyil ki, incəsənət məktəbinin şagirdləri müntəzəm olaraq rayon respublika müsabiqələrində fəal iştirakedir,ciddi uğurlara imza atırlar. 2011- ci ildə Çexiyada keçirilən Ledice-39 Beynəlxalq rəsm müsabiqəsində məktəbin gənc rəssamı Fərhad Məhərəmmov, eləcə uşaq incəsənət məktəbi qızıl medallara layiq görülüb.

Ötən il məktəbin şagirdləri Sevgin Abbaszadə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş respublika "Bilik" yarışmasında, Banu Əhmədova isə fortepiano ifaçılığı üzrə müsabiqədə fəal iştiraklarına görə Mədəniyyət Turizm Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar.

Şagirdlərdən Sərxan Muxtarov Əsmər Musayeva bu il keçirilən xalq çalğı alətləri Xan Şuşinski adına muğam ifaçılığı üzrə III respublika müsabiqələrində fərqlənmişlər.

YAP Bərdə rayon təşkilatının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə təşkil olunmuş müsabiqədə məktəbin şagird kollektivi 18 mümkün yerdən 9-na layiq görülüb.

Sözügedən uşaq incəsənət məktəbinin Bülbül adına xalq çalğı alətləri ansamblı rayonda keçirilən bütün tədbirlərdə geniş konsert proqramları ilə müntəzəm çıxışlar edirlər. Rəssamlıq şöbəsi bölgədə həyata keçirilən rəssamlıq tərtibat işlərində fəallıq göstərir.

Görülən işlərdə məktəbin direktor müavini Nərgiz Şərifova,müəllimlərdən İradə Səfərova, Aymira Həmziyeva, Saqi Sadıqov, İlham Sahibov, Rövşən Süleymanov, Nərgiz Vəlibəyova, Məsləhət Məmmədov başqalarının əməyi xüsusi olaraq qeyd edilməlidir.

Sevindirici haldır ki, adlı-sanlı məktəbin yetirmələri bu gün respublikanın bir çox mədəniyyət müəssələrində uğurla çalışır, öz doğma təhsil ocaqlarının adını layiqincə doğruldurlar.

Elnur Cəfərov söhbət zamanı şəhər incəsənət məktəbinin uzun illər uyğunlaşdırılmış köhnə binada fəaliyyət göstərdiyini deyib. Bununla əlaqədar rayon rəhbərliyi respublika Mədəniyyət Turizm Nazirliyinin birgə təşəbbüsü ilə təhsil müəssisəsi üçün regionda analoqu olmayan 4 mərtəbli, 55 sinif otağından ibarət yeni, yaraşıqlı bina inşa olunub. Onun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

 





15.07.2014    çap et  çap et