525.Az

3 peşə məktəbi publik hüquqi şəxsə çevrilib


 

3 peşə məktəbi publik hüquqi şəxsə çevrilib<b style="color:red"></b>

Azərbaycanda fəaliyyət göstərən 3 peşə məktəbi təşkilati-hüquqi formasını və adını dəyişib.

525.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, 18 nömrəli Bakı Peşə Liseyi “İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”nə, Bakı Kompüter Peşə Liseyi “Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”nə, İsmayıllı Peşə Tədris Mərkəzi isə "İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi"nə çevrilib.

Xatırladaq ki, 18 nömrəli Bakı Peşə Liseyi 2005-ci ildə, Bakı Kompüter Peşə Liseyi 2016-cı ildə, İsmayıllı Peşə Tədris Mərkəzi isə 2010-cı ildə yaradılıb.

 





27.03.2023    çap et  çap et