525.Az

Müəllim və şagirdlərin iştirakı ilə yeni layihəyə başlanılır


 

Müəllim və şagirdlərin iştirakı ilə yeni layihəyə başlanılır<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “İdmansevərlər!” layihəsinə start verilib.

BŞTİ-dən 525.az-a bildirilib ki, layihə çərçivəsində ümumi təhsil müəssisələrində idmanın müxtəlif növləri üzrə müsabiqə, yarış və turnirlərin, “Kim sevirsə idmanı” adlı rəsm sərgilərinin, fiziki tərbiyə müəllimləri ilə birgə fləşmobların keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, layihə çərçivəsində idmanın müxtəlif növləri üzrə nailiyyəti olan məzun idmançılarla görüşlər təşkil ediləcək, milli idman növlərinin tarixi haqqında şagirdlərin məlumatlandırılması məqsədilə maarifləndirici videosüjetlər nümayiş olunacaq.

OCEP layihəsi çərçivəsində digər ölkələrlə idman sahəsində dostluq əlaqələrinə dair görüşlərin keçirilməsi də nəzərdə tutulur. Həmçinin ümumi təhsil müəssisələrində sağlam həyat tərzi ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində maarifləndirici tədbirlərin təşkili də planlaşdırılır.

Sevinc Qarayeva 

 





27.03.2023    çap et  çap et