525.Az

Biznes inkubator üçün iştirakçılar seçilib


 

Biznes inkubator üçün iştirakçılar seçilib<b style="color:red"></b>

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorda fəaliyyət göstərəcək ilk iştirakçılar məlum olub. Bu məqsədlə keçirilən müsabiqədə İqtisadiyyat Sənaye, Gənclər İdman nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət komissiyanın qərarına əsasən, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubator üçün 15 iştirakçı seçilib.

İştirakçılara 2014- ilin sentyabr ayından etibarən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin biznes inkubatorunda Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris plan proqramları əsasında treninqlər keçiriləcək, müxtəlif məsləhət xidmətləri göstəriləcək. Nəzərinizə çatdıraq ki, biznes inkubatorun yaradılmasının əsas məqsədi Quba-Xaçmaz iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsidir. Bu məqsədlə pilot layihə kimi Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin 2 mərtəbəsində 500 kv metrə yaxın sahədə 15 otaqdan ibarət biznes inkubator yaradılıb. Sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərə biznes inkubatorda zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahə ayrılacaq burada onlara sistemli davamlı maarifləndirmə tədbirləri, təsis sənədlərinin hazırlanması sahibkarlıq subyekti kimi qeydiyyat, investisiya layihələrinin biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, sərgilərin təşkili keçirilməsi, potensial biznes tərəfdaşlarla əlaqələrin qurulması s. istiqamətlər üzrə xidmətlər göstəriləcək.

Qeyd edək ki, bu layihənin davamı olaraq, Balaxanı Sənaye Parkında, Sumqayıt Kimya Sənaye Parkında, Aran Regional İnkişaf Mərkəzində s. biznes inkubatorların yaradılması nəzərdə tutulur.

SAMİRƏ

 





15.07.2014    çap et  çap et