525.Az

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib


 

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib<b style="color:red"></b>

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus  avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.  

525.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.  

Belə ki, 4 yük avtomobili Xankədidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. 

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.  

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 36-ya çatıb.

 





27.03.2023    çap et  çap et