https://525.az/img/pics/medium/2024-03/308150_yc5hpb9d20.jpg “525-ci qəzet”in 28 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/308122_a91v586ywx.jpg "Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-03/308068_abzgiptskq.jpg Elmi axtarışlarda keçən ömür: professor Nizami Xudiyev
search
28 Mart 2024
27 Mart 2024

Messi və Neymarın transfer qiyməti azalıb

Messi və Neymarın transfer qiyməti azalıb

"Transfermarkt" portalı Fransa Liqa 1 klublarının oyunçularının satış qiymətlərini yeniləyib.

525.az xəbər verir ki, PSJ-nin ulduz hücumçuları Lionel Messi və Neymarın da yeni dəyəri müəyyənləşib.  

Argentinalı və braziliyalı futbolçuların hər birinin qiyməti 5 milyon avro azalıb. Messinin yeni qiyməti 45 milyon avro, Neymar isə 70 milyon avrodur.

35 yaşlı Messi bu mövsüm PSJ-nin heyətində 32 oyuna çıxıb, 18 qol vurub, 17 qolun ötürməsini verib. Argentinalının parislilərlə müqaviləsi bu il iyunun sonunda başa çatır.

31 yaşlı Neymarın hesabına 29 görüşdə 18 qol və 17 qol ötürməsi var. Braziliyalı ciddi zədə alıb və bu səbəbdən cari mövsümdə daha meydana çıxmayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.